“Barselona”nın hücumçusu Ferran Torres komandasının İspaniya kubokundan kənarda qalmasına münasibət bildirib.
Kataloniya təmsilçisi yarımfinalın cavab oyununda öz meydanında “Atletiko” üzərində 3:0 hesablı qələbə qazansa da, ilk matçda 0:4 hesablı məğlubiyyət səbəbindən finala yüksələ bilməyib.
Sportnet.az xəbər verir ki, Torres sosial şəbəkədə paylaşım edərək komandanın mübarizəni davam etdirəcəyini vurğulayıb:
“Biz ayağa qalxır və bütün gücümüzlə mübarizəni davam etdiririk. Komanda olaraq nəyə qadir olduğumuzu göstərdik və nə istədiyimizi çox yaxşı bilirik”.
“Barselona” hazırda La Liqada turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Real”ı 4 xal qabaqlayır. Bundan əlavə, Hans-Diter Flikin komandası UEFA Çempionlar Liqasında da mübarizəni davam etdirir. Komanda 1/8 final mərhələsində pley-off-da “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Nyukasl”la qarşılaşacaq.








































































