“Qarabağ”ın futbolçusu Kris Kuaku karyerasını Norveçin "Sarpsborq 08" komandasına transfer olunub.
Sportnet.az-ın Skandinaviya klubunun rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
Müqavilənin müddəti 30 iyun 2028-ci ilədək nəzərdə tutulub.
Klubun idman direktoru Hampus Andersson yeni transfer haqqında danışarkən Kuakounun komandaya dinamika qatacağını bildirib.
Onun sözlərinə görə, futbolçu böyük iş həcminə malik yarımmüdafiəçidir və meydanda geniş zonanı əhatə edə bilir: "Krisdə yüksək tempdə oynayan yarımmüdafiəçi görürük. O, geniş sahəni əhatə edir və çox intensiv oyun üslubuna malikdir. Eyni zamanda topa yaxşı nəzarət edir və güclü liqalarda oynamaq təcrübəsi var. Daha əvvəl “Midtülland”da çıxış etməsi Skandinaviya futbolunu və mədəniyyətini tanımasına kömək edir”.
Kuaku artıq yeni komandasının düşərgəsinə qoşulub, tibbi müayinədən keçib və yeni komanda yoldaşları ilə məşqlərə başlayıb.
Futbolçu martın 14-də “Hekken”ə qarşı çempionat oyununda debüt edə bilər.
Karyerası ərzində Kuaku Tunisin “Sfaksien”, Danimarkanın “Midtülland” və Portuqaliyanın “Mafra” klublarında da çıxış edib. O, bu mövsüm “Qarabağ”ın UEFA Çempionlar Liqasının seçmə mərhələsində iştirak etdiyi oyunlarda da meydanda olub.
Kuaku həm mərkəz yarımmüdafiəçisi, həm də dayaq yarımmüdafiəçisi mövqeyində oynaya bilir. Futbolçu sürətli və intensiv futbolu sevdiyini bildirib: “Norveç futbolu mənə görə ingilis futboluna bənzəyir. Burada temp yüksəkdir, oyun çox fiziki və intensivdir. Mən belə futbolu sevirəm. Bu liqada inkişaf etmək və yeni addımlar atmaq mümkündür”.













































































