Fransalı hücumçu Antuan Qrizman İspaniyanın "Atletiko Madrid" klubunu tərk edərək ABŞ-nin "Orlando Siti" komandasına keçməyə razılıq verib.
Sportnet.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, tərəflər arasında transfer üzrə tam razılıq əldə olunub. ABŞ klubu futbolçunun keçidini hələ mart ayında rəsmiləşdirmək niyyətində olsa da, oyunçunun mövsümün sonuna qədər Madrid təmsilçisində qalaraq komandaya kömək etməsi qərara alınıb.
Bildirilib ki, 34 yaşlı hücumçu ilə iki illik müqavilə imzalanacaq və saziş 2026-cı ilin yayından qüvvəyə minəcək. Yaxın günlərdə futbolçunun ABŞ-a yollanaraq keçidlə bağlı son prosedurları tamamlayacağı gözlənilir.















































































