Azərbaycan Premyer Liqasının XXVI turunda "Zirə" doğma meydanda "Şamaxı" ilə heç-heçə edib.
Sportnet.az xəbər verir ki, "qartallar"ın məşqçisi Vüqar Məmməd matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Komandamız çoxsaylı epizodlarla üstünlük nümayiş etdirirdi. 90 dəqiqə üstünlüyümüz var idi. 4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik. Sonda bərabərlik oldu. Böyük üstünlük bizim tərəfimizdə idi".
- "Neftçi" ilə xal fərqiniz 3-ə düşdü. Bu haqda fikriniz necədir?
- Biz oyundan-oyuna hazırlaşırıq, hər matça maksimum köklənirik. Yuxarı pillələrdə yer tutmaq istəyirik. Futboldur, hər şey ola bilər.
- Penaltini Ruan Renato vurdu. Bəs Qismət Alıyev deyildi əsas penalti vuran?
- Qismət və Ruan vurur. Son vaxtlarda Ruan vururdu. Yenə də o yaxınlaşdı. Penalti lotereyadır. Əlimizə düşən epizodları vura bilmədik. Demək olar ki, bizim günümüz deyildi.

















































































