İtaliya A Seriyası klubu "Napoli" yayda "Benfika"nın futbolçusu Rikard Riosu heyətinə qatmağı planlaşdırır.
Sportnet.az "Gianluca Di Marzio" nəşrinə istinadən məlumat verir ki, Neapol təmsilçisi kolumbiyalı cinah müdafiəçisi üçün 30 milyon avro ödəməyə hazırdır.
Hazırda klublar arasında danışıqlar davam edir.
26 yaşlı futbolçu da bu keçidə isti baxır.
Qeyd edək ki, Rikard Rios "Benfika"ya cari mövsümün əvvəli "Palmeyras" klubundan 27 milyon avroya transfer edilib.
















































































