UEFA Avropa Liqasının 1/4 final mərhələsində Portuqaliyanın "Portu" və İngiltərənin "Nottingem Forest" komandaları arasında keçirilmiş ilk görüşdə bədbəxt hadisə yaşanıb.
Sportnet.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, qonaq komandanın 84 yaşlı azarkeşi matçdan sonra vəfat edib.
Ölümün təbii səbəblərdən baş verdiyi bildirilir.
Qeyd edək ki, mərhələnin cavab oyunu 16 apreldə İngiltərədə keçiriləcək.

















































































