Almaniya Bundesliqası təmsilçisi "Borussiya" müdafiəçisi Niko Şlotterbek ilə yeni müqavilə imzalayıb.
Sportnet.az-ın xəbərinə görə, "arılar" 27 yaşlı futbolçu ilə mövcud sözləşmənin müddətini 5 il daha uzadıb.
Sazişin şərtlərində edilən maaş artımı ilə Almaniya millisinin üzvü komandasının ən çox məvacib alan üzvlərindən birinə çevriləcək.
Qeyd edək ki, Niko Şlotterbek 2022-ci ildən "Borussiya"nın şərəfini qoruyur.
















































































