İtaliya A Seriyası təmsilçisi "Fiorentina" baş məşqçi postuna yeni mütəxəssis gətirmək niyyətindədir.
Sportnet.az-ın məlumatına görə, Florensiya təmsilçisi "Fənərbağça"nın italiyalı çalışdırıcısı Domeniko Tedeskonu bu mövqe üçün ideal namizəd kimi görür.
İstanbul təmsilçisi ilə uğurlu debüt mövsümü keçirən 40 yaşlı baş məşqçinin rəhbərliyi altında onlar 42 matçda 26 qələbə qazanıb, 11 heç-heçəyə razılaşıb və 5 dəfə uduzub.
Bu qədər marağa baxmayaraq, Tedesko italiyalıların təklifini geri çevirərək "Fənərbağça" ilə davam etmək istədiyini açqı şəkildə bəlli edib.













































































