"Benfika"nın baş məşqçisi Joze Mourinyo yayda İngiltərə Premyer Liqasına geri dönə bilər.
Sportnet.az-ın məlumatına görə, "Nyukasl" portuqaliyalı mütəxəssisi postuna gətirmək istəyir.
"Sağsağanlar" cari mövsümün sonunda Eddi Haunun ayrılığından yaranacaq boşluğu portuqaliyalı çalışdırıcı ilə doldurmaq istəyir.
"Nyukasl" liderləri Jozenin klubu daha üst səviyyələrə çıxara biləcəyinə inanır.
Qeyd edək ki, Mourinyo daha öncə İngiltərənin "Çelsi", "Mançester Yunayted" və "Tottenhem" klublarına rəhbərlik edib.













































































