Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" yayda heyətini gücləndirmək istəyir.
Sportnet.az Argentina KİV-ə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" Argentina "Boka Xuniors"unda çıxış edən Kevin Zenonla maraqlanır.
"Cimbom"un vinger üçün təklif etməyə hazırlaşdığı bildirilir.
Klubu ilə müqaviləsi 2028-ci ildə başa çatan 24 yaşlı futbolçunun transfer dəyəri 4.5 milyon avro təşkil edir.
Qeyd edək ki, Kevin Zenon 2026-cı il mövsümündə 4 matçda meydana çıxıb.













































































