Bizon Azərbaycan Kubokunun ilk finalçısı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə "Zirə" "Turan Tovuz"u qonaq edib.
Qəsəbə təmsilçisi səfərdə qazandığı 2:0 hesablı qələbə sayəsində bu matça üstün yollanmışdı.
Zirə Olimpiya Kompleksində keçirilən görüşdə qol olmasa da, matçın 89-cu dəqiqəsində tovuzlular Ayxan Hüseynovla vurduğu qol baş hakim Əli Əliyevin VAR müdaxiləsindən sonra ləğv edilib.
Beləliklə, görüş qolsuz heç-heçə ilə başa çatıb. Ümumi hesabda öndə olan "Zirə" son 5 mövsümdə üçüncü dəfə adını finala yazdırıb.
Qeyd edək ki, "Zirə"nin rəqibi sabah "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Qarabağ" qarşılaşmasından sonra bəlli olacaq.
------------------------------------------------------------------------------------------------------------------------------------------
Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşəcək.
Sportnet.az-ın məlumatına görə, "Zirə" "Turan Tovuz"u qonaq edəcək.
Zirə OİK stadionunda baş tutacaq görüşü Əli Əliyev idarə edəcək.
Tərəflər arasında ilk görüş qəsəbə təmsilçisinin 2:0 hesablı ilə başa çatıb.
Komandaların əvvəlki mövsümlərdə kubok duelləri 1/8 finalda bir oyundan ibarət olub. Hər iki matçda “Zirə” minimal fərqlə qalib gəlib.
Bizon Azərbaycan Kuboku
1/2 final mərhələsi, cavab oyunları
21 aprel (çərşənbə axşamı)
19:00. "Zirə" - "Turan Tovuz" - 0:0
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 2:0.
















































































