10 il öncə İngiltərə çempionluğu sevincini yaşayan "Lester Siti" çempionşipdə mübarizəni erkən dayandırıb.
Sportnet.az-ın məlumatın görə, 44-cü turda "Hall Siti" ilə 2:2 hesablı heç-heçə edərək xal ehtiyatını 42-yə çatdıran "tülkülər" 23-cü yerdə qərarlaşıb.
Bununla da, onlar gələn mövsüm İngiltərənin üçüncü liqası olan "League One"da mübarizə aparacaa.
Qeyd edək ki, "Lester Siti" 2015/16 mövsümündə Klaudio Ranyerinin rəhbərliyi ilə Premyer Liqa çempionluğu yaşayıb.
















































































