Türkiyə Super Liqası təmsilçisi "Trabzonspor" heyətini futbolçu ilə gücləndirib.
Sportnet.az-ın məlumatına görə, Anadolu klubu "Köln"ün aşağı yaşlılardan ibarət komandasında çıxış edən Tierri Akdenizlə anlaşıb.
Tərəflər 17 yaşlı forvardla 5 illik müqaviləyə razılaşıb.
Qeyd edək ki, Tierri Karadeniz Türkiyənin U-19 millisinin şərəfini qoruyur.


















































































