"Liverpul" yayda daha bir futbolçusu ilə də yolları ayıra bilər.
Sportnet.az-ın məlumatına görə, Kurtis Cons "qırmızılar"ı tərk etmək istəyir.
16 ildir Mersisayd təmsilçisində çıxış edən 25 yaşlı yarımmüdafiəçi əsas heyətdə özünə yer tapa bilmir.
Onunla A Seriyası təmsilçisi "İnter Milan" yaxından maraqlanır.
Qeyd edək ki, "Liverpul" yetirməsi olan Kurtis Consun "qırmızılar"la müqaviləsi 2027-ci ildə başa çatır. O, cari mövsüm 44 matçda meydanda olub və 2 qol ilə eyni sayda məhsuldar ötürməyə imza atıb.

















































































