Türkiyə Super Liqası təmsilçisi "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Sportnet.az-ın məlumatına görə, İstanbul klubu "Bayer"in cinah müdafiəçisi Alexandro Qrimaldo ilə şifahi razılıq əldə edib.
Leverkuzen təmsilçisi isə "ağ-qaralar"dan 20 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Alexandro Qrimaldo "Barselona" yetirməsidir.













































































