"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva ilə yaxından maraqlanır.
Sportnet.az İtaliya KİV-ə istinadən xəbər verir ki, "qoca sinyora" cari mövsümün sonunda "şəhərlilər"lə yollarını ayıracaq futbolçunu heyətinə qatmaq istəyir.
Turin təmsilçisi onu əsas transfer hədəflərindəndir.
32 yaşlı oyunçu ilə maraqlananların arasında "Barselona" da var.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur. O, "şəhərlilər"lə 6 dəfə İngiltərə Çempionluğu, bir dəfə də UEFA Çempionlar Liqasını qazanıb.














































































