"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola İtaliya millisini çalışdıra bilər.
Sportnet.az-ın "La Gazetto dello Sport" nəşrinə istinadən xəbəribə görə, ispaniyalı mütəxəssis "şəhərlilər"lə yollarını ayıracağı halda bu keçidə isti baxacaq.
Premyer Liqa təmsilçisi də ona öz seçimini etmək şəraiti yaradıb.
İtaliya Futbol Federasiyası millini böhrandan çıxaracaq məşqçinin məhz Pep Quardiola olduğuna inanır.
















































































