İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted" yayda qapıçısı Altay Bayındır ilə yolları ayıra bilər.
Sportnet.az-ın məlumatına görə, türkiyəli qolkiperin vətəninə qayıtması gözlənilir. Onunla "Trabzonspor" yaxından maraqlanır.
Anadolu təmsilçisi əsas heyətə türk əlcək sahibinin cəlb olunması ilə legioner limitindən daha səmərəli yararlanmaq istəyir.
Qeyd edək ki, belçikalı qapıçı Seni Lammensin gəlişi ilə əsas heyətdəki yerini itirən Altay Bayındır cari mövsüm "Mançester Yunayted" forması ilə 6 görüşə çıxıb. O, 2023-cü ildə digər Super Liqa klubu "Fənərbağça"dan 5 milyon avroya transfer edilib.

















































































