Azərbaycan Premyer Liqasının XXIX turunda "İmişli" "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, debütant komandanın baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hakimlər barədə çox təəccüblü və narazıyam. Birinci qolda oyunçumuza qarşı qayda pozuntusu var idi. Qapımıza təyin olunan penaltiyə gəldikdə, belə epizodlar çempionatda yüz dəf olub. Amma heç birində penalti verilməyib. Komandamın çıxışından razıyam. Futbolçular nəticəni dəyişmək üçün sona qədər mübarizə apardılar. Heç-heçə ədalətli nəticə olardı. Artıq 4 oyun qalıb. Mübarizəni sona qədər davam etdirəcəyik. Komanda başını aşağı salmayacaq, daha da əzmkar mübarizə göstərəcək.
- Hakimlərdən narazılıq çoxdur. Sizə qarşı da nəsə olduğunu düşünürsünüz?
- Bu suala artıq cavab verdim. Çempionatın səviyyəsinin qalxmasını istəyiriksə, hakimlik də inkişaf etməlidir.
- Yeni mövsümdə komandada olacaqsınız?
- Bu haqda ötən konfransda danışdım. Komanda hələ hədəfinə çatmayıb. Bütün diqqətimiz burdadır.














































































