Hazırda davam edən "Neftçi" - "Qarabağ" matçından öncə Ağdam təmsilçisinin azarkeşləri yarımmüdafiəçi Marko Yankoviçə dəstək nümayiş etdiriblər.
Sportnet.az-ın məlumatına görə, monteneqrolu futbolçu "Sabah"la kubom görüşündə hakimlə qalmaqallı videodan sonra medianın tənqidlərinı məruz qalmışdı.
Qeyd edək ki, həmin görüş Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.












































































