Minifutbol üzrə milli komandamız Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını uğurla başa vurub.
Sportnet.az xəbər verir ki, komanda Avropa çempionatına hazırlıq planı
çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.
Milli burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək







































































