"Tottenhem" və Niderland millisi heyətində ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, gənc yarımmüdafiəçi Xavi Simons zədələnib.
23 yaşlı futbolçu ön çarpaz bağlarında olan zədəyə görə, 7 ay yaşıl meydanlardan uzaq qalacaq.
Niderland millisinin üzvü həmçinin bu yay keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Xavi Simons cari mövsümün əvvəlində “Leypsiq”dən “Tottenhem”ə 65 milyon avro qarşılığında transfer olunub.









































































