FİFA 2026-cı il Dünya Çempionatından öncə yeni bir qərar qəbul etməyə hazırlaşır.
Sportnet.az-ın xarici KİV-inə istinadən məlumatına görə, qurum yayda keçiriləcək mundialda sarı vərəqə limitinin ləğv olunması ilə bağlı qərar qəbul edəcək.
Bu addımın məqsədi əsas oyunlarda futbolçuların cəzaya görə iştirak edə bilməməsi riskini azaltmaqdır.













































































