İspaniya "Barselona"sı İngiltərənin "Çelsi" komandasının futbolçusu Mark Kukurelya ilə maraqlanır.
Sportnet.az-ın məlumatına görə, Kataloniya təmsilçisi öz yetirməsi olan müdafiəçini əsas transfer hədəflərindən hesab edir.
27 yaşlı oyunçu "zadəganlar"ın əsas üzvlərindən biri olsa da, İspaniya klubu onu uyğun məbləğə ala bilər.
Qeyd edək ki, Mark Kukurelya daha öncə "Brayton", "Real Sosyedad" və "Eybar" kimi klublarda çıxış edib.













































































