Portuqaliyalı mütəxəssis Joze Mourinyo yenidən "Real Madrid"in baş məşqçisi ola bilər.
Sportnet.az-ın "The Athletic" nəşrinə istinadən məlumatına görə, klub prezidenti Florentino Perez komandanın sükanı arxasına keçmək üçün əsas namizəd kimi məhz onu görür.
Bununla belə, klub daxilində bu qərara dəstəyin yekdil olmadığı bildirilir.
63 yaşlı mütəxəssisin namizədliyi ilə bağlı prosesin şəxsən Perez tərəfindən irəli aparıldığı qeyd olunur.
Hazırda Benfica ilə müqaviləsi olan Mourinyonun sərbəst qalması üçün təxminən 3 milyon avroluq təzminat maddəsi var.



















































































