İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzalayıb.
Sportnet.az-ın məlumatına görə, Kobbi Mayno ilə sözləşmənin müddəti daha 5 il yenilənib.
21 yaşlı oyunçu 2031-ci ilə qədər yetirməsi olduğu klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, Mayno cari mövsüm "qırmızı şeytanlar" ilə 26 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


















































































