UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir ilk görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, İspaniyada "Atletiko Madrid" İngiltərə "Arsenal"ını sınağa çəkib.
"Metropolitano" stadionunda niderlandlı referi Danni Makkeli idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hər iki qol penalti ilə vurulub. 44-cü dəqiqədə Viktor Dökereş "Arsenal"ı hesabda irəli çıxarıb. 56-cı dəqiqədə isə Xulian Alvares tarazlığı bərpa edib.
Makkeli 83-cü dəqiqədə də "Atletiko"nun qapısına penalti təyin edib. Lakin VAR müdaxiləsindən sonra monitora baxan referi qərarını ləğv edib.
Bu komandalar arasında cavab oyunu mayın 5-də gerçəkləşəcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
29 aprel
23:00. "Atletiko Madrid" (İspaniya) - "Arsenal" (İngiltərə) - 1:1
Qollar: Xulian Alvares, 56 (pen.) - Viktor Dökereş, 44 (pen.)
Baş hakim: Danni Makkeli (Niderland)
Madrid, "Metropolitano" stadionu
Qeyd edək ki, ilk yarımfinal oyununda PSJ Fransada Almaniya "Bavariya"sını yenib - 5:4. Cavab görüşü mayın 6-da olacaq.












































































