Azərbaycan Premyer Liqasında XXI turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının təyinatları məlum olub.
Sportnet.az xəbər verir ki, aprelin 30-da "Palms Sports Arena"da keçiriləcək oyun baş hakim Kamranbəy Rəhimova tapşırılıb.
Bu komandaların 26 apreldə eyni arenada təşkil olunmuş XXIX tur matçını FIFA referisi Tural Qurbanov idarə edib. Görüş "Qarabağ"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
30 aprel (cümə axşamı)
20:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”
Qeyd edək ki, görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.














































































