Səudiyyə Ərəbistanı çempionatının XXX turunda "Əl Nəsr" və "Əl Əhli" arasında keçirilən oyun təkcə nəticə ilə deyil, həm də matçdan sonrakı qalmaqalla yadda qalıb.
Sportnet.az xəbər verir ki, Ər Riyadda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 76-cı dəqiqədə Kriştianu Ronaldu künc zərbəsindən sonra açıb. Bu qol portuqaliyalı hücumçunun karyerasında 970-ci qol kimi tarixə düşüb. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Kinqsli Koman qoyub.
Koman oyun zamanı Demiralın ayağına sərt zərbə endirərək, onu yerə sərsə də, referi sarı vərəqə ilə kifayətlənib.
Qoldan sonra Komanın "Əl Əhli"nin hücumçusu Ayvan Touni qarşısında etdiyi sevinc nümayişi futbolçular arasında sözlü mübahisəyə səbəb olub.
Gərginlik final fitindən sonra da davam edib. Qonaq komandanın müdafiəçisi Merih Demiral Ronalduya yaxınlaşaraq narazılığını bildirmək istəyib. Lakin komanda yoldaşları və rəsmi şəxslər buna imkan verməyərək tərəfləri sakitləşdiriblər.
Bununla belə, Demiralın azarkeşlərə Asiya Çempionlar Liqasının qızıl medalını göstərməsi vəziyyəti daha da gərginləşdirib və tribunaların kəskin reaksiyasına səbəb olub.
Bu qalibiyyət sayəsində "Əl Nəsr" turnir cədvəlində mövqeyini daha da möhkəmləndirib. Komanda 30 turdan sonra 79 xal toplayaraq liderliyini davam etdirir. "Əl Əhli" isə 29 oyundan 66 xalla 3-cüdür. 2-ci yeri 29 oyundan 71 xala malik "Əl Hilal" tutur.
والله للان منصدم كيف ماعطاه كرت احمر pic.twitter.com/HQMx8TMCNd
— ماكس الهلالي (@hfc_x6) April 30, 2026
احتفال لاعبين النصر أمام آيفان توني بعد الهدف!!!!!!!
— عمرو (@bt3) April 29, 2026
عينكم على سيماكان والبقية!!!!!!!!!
pic.twitter.com/Ig6iwHM3Ho
— نواف الاسيوي ???????? (@football_li5) April 29, 2026
ديميرال يندفع باتجاه كريستيانو رونالدو
ايفان توني يتوعد بوشل خارج الملعب
pic.twitter.com/Q2rDHqI3Bv
اووووبا وش فيه انفعل كذا pic.twitter.com/URyHFH3SHR
— ماكس الهلالي (@hfc_x6) April 29, 2026












































































