FIFA prezidenti Canni İnfantino Kanadada səfəri zamanı maraqlı hadisə ilə gündəmə gəlib.
Sportnet.az-ın məlumatına görə, İnfantinonun Vankuver şəhərində olduğu müddətdə polis müşayiəti ilə hərəkət etməsi üçün müraciəti rədd olunub.
Şəhər polis departamentindən bildirilib ki, nəqliyyatın tam dayandırılması ilə müşayiət olunan bu cür rəsmi kortejlər yalnız dövlət başçıları üçün nəzərdə tutulub.
Məsələ ilə bağlı FIFA nümayəndəsi açıqlama verərək qeyd edib ki, sözügedən müraciət qurum tərəfindən deyil, yerli təşkilat komitəsi tərəfindən edilib.
Hadisə 2026-cı il dünya çempionatına hazırlıq fonunda baş verib və qısa müddətdə beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.












































































