Türkiyə Super Liqası təmsilçisi "Trabzonspor" heyətində icarə əsasında çıxış edən Andre Onananın transfer hüquqlarını almaq üçün hərəkətə keçib.
Sportnet.az-ın "The Sun" nəşrinə istinadən məlumatəna görə, Anadolu klubu kamerunlu qapıçını komandada saxlamaqda maraqlıdır.
Lakin futbolçunun məxsus olduğu "Mançester Yunayted" tərəfi yüksək məbləğ tələb edir.
İngiltərə təmsilçisi 30 yaşlı qolkiper üçün 20 milyon avro istəyir.
Bu rəqəmi yüksək hesab edən "Trabzonspor" rəhbərliyi mövsümün sonunda qarşı tərəflə danışıqlara başlamağı və ortaq məxrəcə gəlməyi planlaşdırır.













































































