Azərbaycan Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" matçında qonaq komanda ciddi itkiyə məruz qalıb.
Sportnet.az-ın məlumatına görə, "köhlən atlar"ın yarımmüdafiəçisi Coni Montiel 39-cu dəqiqədə rəqib futbolçu Emil Səfərovun müdaxiləsindən sonra zədələnərək meydançanı tərk edib.
İspaniyalı futbolçu Musa Qurbanlı ilə əvəzlənib.
Montiel ayağından zərbə aldığı vaxt bunu baş hakim Kamranbəy Rəhimova əsəbi formada bildirib. Referi isə "Neftçi"nin oyunçusu ilə yanaşı, onun özünə də sarı vərəqə göstərib. "Qarabağ"ın legioneri ayağından butsunu da çıxararaq, meydançanı axsaya-axsaya tərk edib və çölə çıxarkən, ayaqqabısını yerə çırpıb.
Qeyd edək ki, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.













































































