Futbol üzrə İtaliya A Seriyasını tərk edən 2 klub müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Pisa" və "Verona"nın aşağı liqaya düşməsi dəqiqləşib.
Liqanın XXXV turunda "Leççe"nin səfərdə "Pisa" üzərində 2:1 hesablı qələbəsi ilə başa çatan matç həm meydan sahiblərinin, həm də "Verona"nın gələn mövsüm B Seriyasında mübarizə aparacağını dəqiqləşdirib.






































































