AFFA prezidenti Rövşən Nəcəfin Kanadanın Vankuver şəhərindəki FIFA Konqresi ərəfəsində Pakistan Futbol Federasiyasının (PFF) rəhbərliyi ilə keçirdiyi görüşün detalları üzə çıxıb.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında aparılan müzakirələr əsasən futzalın inkişafı və qarşılıqlı mübadilə proqramları üzərində cəmlənib.
Bildirilib ki, Pakistan tərəfi futzalı ölkədə futbolun kütləviliyinin artırılması üçün vacib istiqamətlərdən biri kimi görür.
Görüş çərçivəsində gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilib və bu sahədə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, PFF nümayəndə heyətində Syed Mohsen Gilani, vitse-prezident Hafiz Zakaullah və əməliyyat direktoru Şahid Niyaz Xoxar yer alıb.










































































