İspaniya La Liqası təmsilçisi "Real Madrid" icarə əsasında "Lion"da çıxış edən hücumçusu Endriklə bağlı qərarını verib.
Sportnet.az insayder Fabritso Romanoya istinadən xəbər verir ki, "kral klubu" braziliyalı forvardı satmayacaq.
Onun Liqa 1 təmsilçisi ilə çıxışını bəyənən madridlilər onu gələcək planlarının parçası kimi görür.
Qeyd edək ki, Endrik cari mövsüm "Lion"un heyətində meydana çıxdığı 13 görüşdə 4 qol və 6 məhsuldar ötürməyə imza atıb.












































































