Rusiyada dron təhlükəsi futbol matçının baş tutmasına mane olub.
Sportnet.az xəbər verir ki, "Ufa"nın səfərdə "OİK-Xabarovsk" ilə keçirilməli olduğu I Liqanın XXXII tur oyunu baş tutmayıb.
Qarşılaşmanın bu gün təşkili planlaşdırılırdı.
Klubun açıqlamasına görə, buna səbəb mayın 2-də Başqırdıstan Respublikası ərazisində “pilotsuz uçuş aparatları təhlükəsi” rejiminin tətbiqi və hava məkanının bağlanması olub. Nəticədə Ufa təmsilçisi planlaşdırılan vaxtda Novosibirsk üzərindən Xabarovsk şəhərinə uça bilməyib. Klub məsələ ilə bağlı həm rəqibi, həm də liqa rəhbərliyini məlumatlandırıb və qərar gözlənilir.
Qeyd edək ki, hər iki komanda turnir cədvəlində aşağı pillələrdə qərarlaşıb və liqada qalmaq uğrunda mübarizə aparır. "OİK-Xabarovsk" 35 xalla 14-cü, "Ufa" isə 31 xalla 15-ci pillədədir. Ufalıları təhlükəli zonadan cəmi 2 xal ayırır. Bu fərq "Çernomorets Novorossiysk" ilə aradakı məsafədir. Sonuncular ötən turda liderliyə yüksələn "Rodina Moskva" klubuna 1:3 hesabı ilə uduzub.
Komandalar arasında ilk dövrədə Ufa şəhərində keçirilən qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.


















































































