Azərbaycan Premyer Liqasınım XXX turunun daha bir matçı oynanılıb.
Sportnet.az xəbər verir ki, "Qarabağ" "Turan Tovuz"u qəbul edib.
Potensial Avropa Liqaslna aparan zona uğrunda yer üçün ciddi əhəmiyyət kəsb edən qarşılaşma baxımlı qollarla yadda qalıb.
Oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xal ehtiyatını 62-yə yüksəldən "köhlən atlar" 2-ci pillədə qərarlaşıb. 56 xalı olan Tovuz təmsilçisi 3-cü sırada qalıb.
-------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXX turun daha bir matçı keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Turan Tovuz"u qəbul edəcək.
Saat 19:30-da startı veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək.
Hazırda Ağdam təmsilçisi 59 xalla turnir cədvəlinin 2-cisidir. 3-cü pillədə olan tovuzlular isə onlardan 3 xal geridədir.
Hər iki komanda Avropa Liqasına vəsiqə şansı verən 2-ci yer uğrunda mübarizə aparır.
"Sabah" Bizon Azərbaycan Kubokunun finalında "Zirə"yə qalib gəlsə, "Qarabağ" və "Turan Tovuz"dan ən güclüsü qitənin səviyyəcə ikinci klub turnirinə yollanacaq.
Tərəflər indiyədək 14 dəfə üz-üzə gəlib. "Köhlən atlar" bu qarşılaşmalardan 10-unda qələbə qazanıb. 2 görüşdə qərb təmsilçisi qələbə qazanıb və eyni sayda da heç-heçə qeydə alınıb. Topların nisbəti ağdamlıların xeyrinədir - 31:14. “Qarabağ” son 4 görüşdə qol vurub. “Turan Tovuz” son 3 matçda xal qazanmayıb.
Azərbaycan Premyer Liqası, XXX tur
4 may (bazar ertəsi)
19:30. “Qarabağ” – “Turan Tovuz” - 2:1
Qollar: Leandro Andrade, 50; Mateus Silva, 54 - Ayxan Hüseynov, 76
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Pedro Bikalyo, 52 (qeyri-idman hərəkəti); Kevin Medina, 69 (qeyri-idman hərəkəti) - Rəhim Sadıxov, 18 (qeyri-idman hərəkəti); Joarlem Santos, 37 (qeyri-idman hərəkəti); Roberto Olabe, 52 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
Tofiq Bəhramov adına Respublika stadionu
Xatırladaq ki, XXX turun əvvəlki görüşlərində "Kəpəz" evdə "Sumqayıt"ı 2:1, "Zirə" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" evdə "İmişli"yə 0:1, "Şamaxı" isə "Sabah"a 0:3 hesabı ilə uduzub. Tura mayın 5-də "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq.























































































