“Mançester Siti” yarımmüdafiəçisi Fil Fodenlə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Sportnet.az-ın məlumatına görə, cari anlaşmanın müddəti 2027-ci ilə qədər qüvvədə olsa da, “şəhərlilər” öz yetirməsi ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır.
Tərəflər artıq yeni kontrakt ilə bağlı ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, Foden cari mövsümdə meydanda olduğu 45 oyunda 10 qol və 5 məhsuldar ötürməyə imza atıb.














































































