Almaniyanın “Bavariya” və Fransanın PSJ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununun hakimləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan referiyə həvalə olunub.
Baş hakimi Joao Pineyroya yan xətt hakimləri qismində həmyerliləri Bruno Xesus və Lusiano Maya kömək edəcəklər.
Qeyd edək ki, mayın 6-da Münhendəki "Alyans Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.















































































