Əfsanəvi məşqçi Aleks Ferqyuson İngiltərə Premyer Liqasında “Mançester Yunayted” – “Liverpul” oyunu öncəsi xəstəxanaya aparılıb.
Sportnet.az-ın məlumatına görə, 84 yaşlı şotlandiyalı mütəxəssis matçı stadiondan izləmək üçün arenaya gəlsə də, özünü pis hiss edib.
O, qarşılaşmanın başlamasına bir saatdan çox qalmış ehtiyat tədbiri olaraq xəstəxanaya göndərilib.
Ferqyusonun vəziyyəti ciddi olmadığı və yaxın zamanda evə buraxılacağı bildirilib.
Xatırladaq ki, Ser Aleks Ferqyuson 2018-ci ilin mayında beyin qanaması səbəbilə əməliyyat olunmuşdu.
Lakin hazırkı vəziyyətin həmin hadisə ilə əlaqəli olmadığı qeyd edilir.
O, 2013-cü ildə məşqçilik karyerasını başa vurub və 26 il ərzində “Mançester Yunayted”lə 38 titul qazanıb.














































































