Braziliyanın “Santos” klubunda ciddi qalmaqal yaşanıb.
Sportnet.az xəbər verir ki, gənc futbolçu Robinyo Cunior komandanın ulduzu Neymarı fiziki zorakılıqda ittiham edib.
18 yaşlı futbolçunun nümayəndələri bazar günü məşq zamanı baş verən insidentlə bağlı klub rəhbərliyinə rəsmi müraciət göndəriblər.
Onlar məsələ ilə bağlı tədbir görülməsini tələb edirlər.
İddialara əsasən, Neymar gənc oyunçunu təhqir edib, ayağından vuraraq yıxıb və daha sonra ona şillə vurub.
Tərəflər məsələni müzakirə etmək üçün klubla görüş tələb edir və futbolçunun müqaviləsinə xitam verilməsi variantı da gündəmdədir.
Qeyd edək ki, Robinyo Cunior vaxtilə "Real Madrid", "Mançester Siti" və "Milan"da çıxış etmiş Robinyonun oğludur.













































































