Hazırda Polşanın "Yagelloniya" komandasında çıxış edən Afimico Pululu ilə bağlı transfer xəbərləri gündəmi zəbt edib. Sportnet.az-ın Fransa mətbuatına istinadən məlumata görə, "Neftçi" konqolu hücumçuya illik təxminən 500 min avro maaş təklif edib. Klub bu məbləğlə futbolçunu heyətinə qatmağa çalışır. Pululu hazırda "Yagelloniya" ilə müqaviləsinin son aylarını yaşayır və hələlik yeni sözləşmə imzalamayıb. Bu vəziyyət isə onun gələcəyi ilə bağlı şayiələri daha da gücləndirib. Bildirilir ki, bir neçə klub artıq 25 yaşlı forvardın durumunu yaxından izləyir və yay transfer dönəmində onun uğrunda mübarizənin qızışacağı gözlənilir.
















































































