"Hər iki cəbhədə avrokubok şansımız var".
Bunu Sportnet.az-a açıqlamasında "Zirə"nin Müşahidə Şurasının sədri Orxan Məmmədov deyib.
O, "qartallar"ın Bizon Azərbaycan Kubokunun finalında "Sabah"a qarşı mayın 13-də keçirəcəyi oyundan gözləntilərini açıqlayıb: "Artıq üçüncü dəfə Azərbaycan Kubokunun finalında oynayacağıq. Müəyyən təcrübəmiz var. Əminəm ki, "Sabah"a qarşı döyüşəcəyik və final gərgin şəraitdə keçəcəyik".
Məmmədov bu mövsüm tez-tez müzakirə olunan hakim qərarlarının finala təsir etməyəcəyinə inam ifadə edib: "Hakimlik haqqında danışmaq artıq gecdir. Ölkə çempionu bəllidir. Biz ümid edirik ki, finala hakimin hansısa səhvi təsir etməyəcək. Ümumən hakimlikdən danışsaq, son dönəmlərdə müəyyən şeylər baş verir. İstəməzdim finalda da nəsə olsun. Biz bilməliyk ki, hakimlər də insandır, onlar da səhv edə bilər. Amma bu səhvlər mütəmadi hal alanda azarkeşlərdə müəyyən narazılıqlar yaranır. Əminəm ki, finalda hər hansı narazılıq olmayacaq”.


















































































