Türkiyənin "Qalatasaray" klubu növbəti dəfə çempion olub.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Super Liqasının XXXIII turunda evdə "Antalyaspor" üzərində 4:2 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirib.
Bu nəticədən sonra xalını 80-ə çatdıran “sarı-qırmızılar” mövsümün başa çatmasına 1 tur qalmış qızıl medalları təmin edib. "Cim-Bom" bununla da tarixində 26-cı dəfə Türkiyə çempionu olub və ən çox çempion olan komanda rekordunu daha da yaxşılaşdırıb.
Okan Buruk baş məşqçi təyin olunduqdan sonra uğurlarını davam etdirən “Qalatasaray” ardıcıl 4-cü dəfə çempionluq sevinci yaşayıb. Komanda 2022-2023, 2023-2024, 2024-2025 və 2025-2026 mövsümlərində Super Liqanı zirvədə başa vurub.
"Aslanlar" həmçinin Türkiyə Super Liqası tarixində ikinci dəfə ardıcıl 4 dəfə çempion olan ilk komanda kimi tarixə düşüb. “Qalatasaray” daha əvvəl Fatih Terim dönəmində 1996-1997, 1997-1998, 1998-1999 və 1999-2000 mövsümlərində də ardıcıl 4 çempionluq əldə etmişdi.



















































































