
Braziliyalı legioner Azərbaycanda özünü əcnəbi saymadığını bildirib: "Artıq 5-ci ildir Azərbaycandayam və özümü bu ölkənin bir vətəndaşı, bir parçası kimi hiss edirəm. Azərbaycan mənə doğmadır. Kapitanlıq sarğısını daşımaq mənə göstərilən böyük etimaddır. Bu, məsuliyyətimi daha da artırır. Kapitan necə olmalıdırsa, elə olmağa çalışacağam. Mənə göstərilən etimada görə klub rəhbərliyinə və məşqçilər korpusuna təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam. "Neftçi”nin kapitanı kimi Avroliqada uğurlu çıxış edib qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunun tarixinə düşmək istəyirəm”.