Topaz Premyer Liqasının 2015/16 mövsümündə ilk avtoqol qeydə alınıb.
Sportnet.az pfl.az-a istinadən xəbər verir ki, bu, II turun "Rəvan” – "Qarabağ” qarşılaşmasında (1:2) gerçəkləşib. Mövsümün ilk uğursuzu paytaxt təmsilçisinin futbolçusu Yamin Ağakərimzadə olub. Ümumiyyətlə, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında 149-cu avtoqol qeydə alınıb.
1992
8
1993
2
1993/94
0
1994/95
2
1995/96
4
1996/97
1
1997/98
5
1998/99
5
1999/2000
4
2000/01
7
2001/02
2
2003/04
8
2004/05
7
2005/06
9
2006/07
6
2007/08
5
2008/09
3
2009/10
9
2010/11
7
2011/12
15
2012/13
9
2013/14
13
2014/15
17
2015/16
1
cəmi
149
Ağakərimzadə "Rəvan”ın tarixində Premyer Liqada öz qapısına qol vuran ilk oyunçu kimi düşüb. Paytaxt təmsilçisi futbolçusu avtoqol müəllifi olan 38-ci komandadır. AZAL (17), "Qarabağ” (14), "Neftçi” (12) və "Bakı” (11) daha çox avtoqola imza atıb.
Rəqibi avtoqol edən komandaların sayı 34-dür. "Qarabağ” 16-cı dəfə rəqib qolu sayəsində fərqlənməklə, "Neftçi”yə çatıb. "Bakı” 15, "İnter” 14 belə halla üzləşib.
Qeyd edək ki, Premyer Liqada oynamış 58 klubdan 44-nün oyununda avtoqol qeydə alınıb.