1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yannis Anastasiu Azərbaycan xalqına təşəkkür etdi
"Fikrimcə, qələbəyə yaxın idik. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Amma rəqib də qol vura bilmədi". Sportnet.az-ın məlumatına görə, bunu "Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu deyib.
Qonaq komandanın baş məşqçisi bunları bildirib: "Artıq Afinadakı görüşə köklənəcəyik. Mən stadiondakı atmosferə və dostluq münasibətinə görə, "Qəbələ” klubuna və Azərbaycan xalqına təşəkkür edirəm. Ümid edirəm ki, eyni dostluq münasibətini biz də Yunanıstanda göstərəcəyik. Komanda yoldaşının meydançada əziyyət çəkdiyini görən oyunçu bundan narahatlığını büruzə verirdi. Bunu sırf oyun epizodu kimi qiymətləndirmək lazımdı. Həmin futbolçumuz xəstəxanaya aparılıb. Komanda ilə birlikdə qayıda bilməyəcək. Bir gün xəstəxanada qalacaq. Zədəsinin hansı durumda olduğunu isə hələ dəqiq bilmirəm".
Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.