1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Afinaya Bakıdan uçmayacaq
"Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstan "Panatinaikos”u ilə keçirəcəyi cavab oyununun hazırlığına start verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasında III turun "Kəpəz”lə avqustun 23-də baş tutan ev qarşılaşmasından sonra hazırlıqlara fasilə verməyən "qırmızı-qaralar” ötən gün növbəti məşqə çıxıb.
Qəbələ şəhər stadionunda baş tutan çalışmada bütün futbolçular iştirak edib. Roman Qriqorçukun komandası isinmə hərəkətləri ilə başladığı məşqi toplu çalışmalarla davam etdirib. Komandanın növbəti məşqi bu gün baş tutacaq. Gündə bir dəfə hazırlıq keçən "qırmızı-qaralar” axşam çalışması ilə kifayətlənəcək. "Qəbələ” pley-offun cavab oyununun keçiriləcəyi Afinaya avqustun 26-da yollanacaq. Yunanıstana Qəbələdən birbaşa reyslə yollanacaq komanda avqustun 27-də baş tutacaq oyundan öncəki son məşqini Afinada keçirəcək.
Qeyd edək ki, "Qəbələ” səfər oyununa bir itki ilə çıxacaq. Əvvəlki qarşılaşmalarda 3 sarı vərəqə alan Rafael Santos cəzalı olduğundan, komandasına kömək edə bilməyəcək.