
AFFA İntizam Komitəsi AZAL komandasının baş məşqçisi Tərlan Əhmədovu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna 44 yaşlı mütəxəssisin "Qarabağ"la Azərbaycan Premyer Liqasının III tur matçının 82-ci dəqiqəsində hakimlərə qarşı emosional etirazı səbəb olub.
Həmin vaxt baş hakim Elvin Əsgərov onu texniki zonadan kənarlaşdırıb. İntizam Komitəsi isə T.Əhmədovu 1 oyunluq cəzaya, klubunu 1000 manat cəriməyə məruz qoyub.
Qeyd edək ki, AZAL növbəti turda "Kəpəz"in qonağı olacaq. Oyun sentyabrın 12-də keçiriləcək.