
UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın İsveçrə "Yanq Boyz"u ilə oyunu öncəsi avqustun 26-da mətbuat konfransları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 17:15-də media mənsubları önünə çıxacaq.
"Yanq Boyz"un baş məşqçisi Harald Qamperle isə 17:45-də jurnalistlərin suallarını cavablandıracaq. Rəqibin oyunqabağı son çalışması saat 18:15-də baş tutacaq. "Qarabağ" isə son məşqi isə sabah saat 19:15-də Suraxanı qəsəbəsindəki bazada baş tutacaq.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" matçı saat 21:00-da başlanacaq.